Rumıniyanın “Tarom” aviaşirkəti 2019-cu il aprelin 3-dən etbarən Buxarest-Bakı istiqamətində birbaşa aviareys açacaq. Bu barədə şirkətdən məlumat verilir.
“Tarom" 3 aprel 2019-cu ildən etibarən Buxarest-Bakı istiqamətində birbaşa aviareys açır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri “Boeing 737-700” təyyarələri ilə həyata keçiriləcək”, - məlumatda qeyd olunur.
Buxarestin Henri Coanda Beynəlxalq Aeroportundan uçuş yerli vaxtla 03:00-da, Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş yerli vaxtla 15:30-da həyata keçiriləcək.
Buxarestdən bir istiqamətdə biletin qiyməti 212,32 avrodan, Bakıdan - 202 avrodan başlayır. Hər iki istiqamətə biletin qiyməti 341 avrodan başlayır. Qiymətə 10 kilo əl yükü, 23 kilo baqaj, yemək və arzulanan yeri tutmaq haqqı daxildir.
Rumıniyanın TAROM (Transporturi Aeriene Române)dövlət aviaşirkəti gələn ilinaprelin 3-dənBuxarest-Bakı arasında müntəzəm reyslərə başlayır.
Rumıniyanın "Tarom" aviaşirkəti 1954-cü ildə təsis olunub. Şirkət Nəqliyyat Nazilrliyinin rəhbərliyi altında fəaliyyət göstərir və 2010-cu il iyunun 25-dən SkyTeam alyansının üzvüdür.
Şirkət 50-dən artıq təyinat və istiqamətə xidmət göstərir.
“Tarom”un donanmasına 25 təyyarə daxildir. **
N.Abbasova