Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əmlakın qiymətləndirilməsi üçün şirkət seçir. Bu barədə MBNP-nin elanında deyilir.
Seçim kotirovka sorğusu üsulu ilə həyata keçirilir.
Əmlak beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməlidir.
Sorğuda iştirak etmək istəyən şirkətlər təkliflərini 2 noyabr saat 15:00-dək MBNP-yə təqdim etməlidir.
Təkliflərin qiymətləndirilməsi proseduru noyabrın 5-də baş tutacaq.*
N.Abbasova