Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların məbləğini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan sərəncama əsasən, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə birinci yeri tutan hər bir idmançıya 25 min manat və ya cari məzənnə ilə $14,7 (onun məşqçisinə - 12,5 min manat) müəyyən edilib.
Yarışlarda gümüş medal qazanan hər bir idmançıya 15 min manat (onun məşqçisinə - 7,5 min manat), bürünc medal sahiblərinə - 10 min manat (onun məşqçisinə - 5 min manat) mükafat veriləcək. **
F.İsazadə