Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstana rəsmi səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-dən məlumat verilir.
“E.Məmmədyarov Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclasında iştirak edəcək”, - XİN-dən qeyd ediblər.
Bundan başqa, nazir Bolqarıstan hökumətinin rəsmiləri ilə görüşlər keçirəcək.
E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclis, Energetika Nazirliyi və Nəqliyyat,Rabitəvə Yüksək TexnologiyalarNazirliyinin nümayəndələri daxildir. **
F.İsazadə