Ümumdünya Antidopinq Agentliyinin(WADA) Direktorlar Şurasının iclasının yeri və tarixi məlum olub.
WADA-nın mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, iclas noyabrın 15-də Bakıda baş tutacaq.
Qeyd olunur ki, Direktorlar Şurasının üzvlərinə sentyabrın 20-də WADA-nın İcraiyyə Komitəsi tərəfindən Rusiyanın Antidopinq Agentliyinin(RUSADA) səlahiyyətlərinin bərpasına dair qərar qəbul edildikdən sonra əldə olunan irəliləyiş barədə məlumat veriləcək. **