2018-ci ilin yanvar-may aylarında 19 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $710,803 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($142,4 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($78,1 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “Det-al Aluminum” ($84,5 mln.), "Azərenerji" ($59 mln.) "AzerGold" QSC ($26,5 mln.), “Azərbaycan Hava Yolları” QSC ($23,4 mln.), “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC($2,5 mln.) NaxçıvanMuxtar RespublikasıDövlətEnergetika Agentliyi ($0,729 mln.), CTS-Agro MMC ($15,7 млн), “SOCAR Methanol” ($23 mln.), “Suraxanı maşınqayırma zavodu”TASC ($0,674 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında Kaspian Fruits MMC ($51,7 mln.), "MTK Istehsalat Kommersiya" MMC ($51 mln.), Baku Steel Company ($41,8 mln.), «Qala meyvə–tərəvəz ixracat idxalat» MMC ($23,7 mln.), Azfruittrade ($23,5 mln.), «Food export Shamkir» ($22,8 mln), “Azərbaycan Şəkərİstehsalat Birliyi” MMC ($20,3 mln.), «Sun Food» MMC ($19,5 mln.) təmsil olunur.
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında $1 mlrd. 207 mln. məbləğində qeyri-neft məhsulu ixrac edib. **
N.Abbasova