2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Qazaxıstan arasında mal dövriyyəsi 2 dəfə – $168,5 mln.-dək artıb. Bunu Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek deyib.
J.Kasımbek oktyabrın 30-da Astanada Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
«Görüşdə nazirlər ticarət, investisiya, ixrac əməliyyatları və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. J.Kasımbek Qazaxıstan prezidentinin 2017-ci ilin aprel ayında Azərbaycana rəsmi səfəri çərçvəsində əldə olunmuş razılaşmaların uğurla reallaşdırıldığını qeyd edib. Xüsusilə cari ilin 8 ayının yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq $168 mln. təşkil edib», - deyə İnvestisiyalar və İnkişaf Nazirliyinin məlumatında bildirilir.
P.Şahbazov isə hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi yolu ilə əlaqələrin dərinləşdirilməsinin, tərəfdaşlar arasında müxtəlif sahələrdə əlaqələrin qurulmasının və iki ölkənin biznes dairələri arasında görüşlərin təşkilinin vacibliyini diqqətə çatdırıb.
Nazirliyin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Qazaxıstandan Azərbaycana ixrac $134,6 mln. (artım 115,3%), Azərbaycandan Qazaxıstana idxal $33,5 mln. (artım 75,7%) məbləğində olub.*
A.Əzizov