Dünayda mövcud olan 6 min peşə standartından Azərbaycanda 1 min standartın tətbiqinə hazırlanması planlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Bu gün qarşımızda duran vəzifə dünyada mövcud 6 min peşə standartından 1 min standartın Azərbaycanda hazırlanması və tətbiq olunmasından ibarətdir”, - S.Babayev bu gün Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək"layihəsi çərçivəsində konfransda vurğulayıb.
Nazirin sözlərinə görə, öncə qəbul olunan 270 peşə standartını əmək bazarının yeni tələblərinə uyğunlaşdırmaq lazımdır.
“Bu addımlar əmək qüvvəsinin peşə bacarığının təkmilləşdirilməsi, gənc kadrların məşğulluğunun təminatı, ölkə iqtisadiyyatının inkişafına yönəldilib”, - S.Babayev bildirib. **
R.Babayev