Noyabrın 7-də Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evinin açılışı olacaq. Bu barədəAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)prezidentininsəlahiyyətlərini icra edən Yusif Abdullayevməlumat verib.
“Noyabrın 7-də Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evinin açılışı baş tutacaq. Bu, Çində açılan ikinci Şərab Evi olacaq”, - Y.Abdullayev çərşənbə günü keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2018-ci ilin sonunadək Dubay (BƏƏ), Polşa və Qazaxıstanda Azərbaycan Şərab Evləri açılacaq.
Xəbər verildiyi kimi, 2018-ci ilin sentyabr ayında Çinin Urumçi şəhərində ilk Azərbaycan Şərab Evinın açılışı olub. **
B.Rüstəmbəyov