Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Xəbər verildiyi kimi, Azərbaycan “Doing Business-2018: İş yerlərinin yaradılması üçün islahatlar” hesabatında 190 ölkə arasında 57-ci yeri tutmuşdu.
Yenilənmiş reytinqdə Azərbaycanın göstəricisi 78.64 (ötən il - 71.54) təşkil edib.
“Doing Business”in saytında dərc olunmuş hesabata əsasən Azərbaycan 2017-ci ilin iyun ayından 2018-ci ilin iyun ayınadək 7 uğurlu islahat həyata keçirib. Bu islahatlar tikinti üçün icazənin alınması, daşınmaz əmlakın qeydiyyatı, enerji təchizatı sisteminə qoşulma, kreditin alınması, vergitutma, minoritar səhmdarların müdafiəsi və beynəlxalq ticarətlə bağlı olub.
Bununla əlaqədar Azərbaycan islahatçı ölkələrin onluğuna daxil olub.*
A.Əzizov