Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonunda Kəbirli–Eyvazalılar –Birinci Aşıqlı–Əlinəzərli avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 18,04 mln. manat ayırmağı tapşırıb.
Avtomobil yolu 8 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov