Son 10 il ərzində Azərbaycan hökuməti tərəfindən ASK məhsullarının istehsalçılarına 1,2 mlrd. manat məbləğində subsidiya ödənilib.
“Son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 1,2 mlrd. manat ümumi məbləğində subsidiya ödənilib”, - kənd təsərrüfatı naziri İnam Kərimov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edir.
O vurğulayıb ki, subsidiyaların verilməsi ASK məhsullarının istehsalına xərclərin azaldılması və gəlir əldə etmək imkanlarınınartırılmasına yönəlib.
Həmçinin, nazir qeyd edib ki, indiyədək “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilib. **
B.Rüstəmbəyov