Dövlət Turizm Agentliyi turizm məntəqələrinin infrastrukturunun inkişaf etdirilməsi və konsaltinqi üzrə xidmətlərin göstərilməsi üçün şirkət seçir. Bu barədə agentliyin məlumatında deyilir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Tenderdə iştirak haqqı 1 min manatdır.
Tender təklifləri 2018-ci il dekabr ayının 14-dək qəbul olunur. Tender proseduru dekabrın 17-də baş tutacaq.
Telefon: (050) 303-50-20. Əlaqələndirici şəxs – Vüqar Hüseynov.
Dövlət Turizm Agentliyi prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il aprel ayının 20-də yaradılıb.*
N.Abbasova