2018-ci il noyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $56 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“Silahlı Qüvvələrin Yardım Fonduna cari il noyabrın 1-dək 94.727.254,86 AZN, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub”, – deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə