Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən başqalarının bank hesablarından pulu oğurlayaraq, sonradan nağdlaşdırma ilə bağlı kibercinayətlərin törədilməsində şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakiniFuad Hüseynovvə Mingəçevir şəhər sakiniŞahin Əhmədlini saxlayıblar. Onlar xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə $178 məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürməkdə ittiham olunurlar”, - məlumatda deyilir.
Azərbaycan vətəndaşları xüsusi kiberproqramlardan istifadə edilməklə xarici ölkələrdə yerləşən müxtəlif bankların müştərilərinin şəxsi hesablarına qanunsuz müdaxilə ediblər, həmin hesablardan külli miqdarda pulun oğurlayaraq başqa kartlara transfer ediblər və Azərbaycanda nağdlaşdırıblar.
“Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub”, - məlumatda qeyd edilir.
Faktla bağlı cinayət işi başlanılıb. **
R.Babayev