2018-ci ilin yanvar-oktyabr aylarında İxraca Dəstək Mərkəzi “Bir Pəncərə” prinsipi ilə Azərbaycandan $127 mln. məbləğində mallar ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
“Bir Pəncərə” prinsipi ilə ixrac əməliyyatlarının əksər həcmi 2018-ci ilin may və iyun aylarının payına düşüb. Mayda $22,5 mln., iyunda - $20,4 mln. məbləğində mallar ixrac olunub. Ən az həmcdə ixrac mart ayının payına düşüb - $5,2 mln.
Oktyabrda bu göstərici $14,2 mln. təşkil edib.
İxraca Dəstək Mərkəzi “Bir Pəncərə” prinsipi Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il 23 fevral tarixli “Rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq yaradılıb. **
B.Rüstəmbəyov