2019-cu ildə Azərbaycanda orta aylıq pensiya məbləği 241 manat ($142-yə yaxın) təşkil edəcək. Bu barədə Hesabalama Palatasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcə layihəsi üzrə rəyində qeyd edilir.
“2018-ci ilin sonuna Azərbaycanda orta aylıq pensiya məbləği 226,8 manat təşkil edəcək. 2019-cu ilə bu göstərici 241 manat məbləğində proqnozlaşdırılır (artım 6,3% - İF)”, - Palatanın materiallarında deyilir.
Rəyə əsasən, gələn il əmək pensiyanın minimum məbləği 133,6 manat səviyyəsində proqnozlaşdırılır (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,9%).
2019-cu il dövlət büdcəsində əmək pensiyaçıları üçün yaşayış minimumu 149 manat məbləğində götürülüb (artım 3,5%).
Hesabalama Palatasının materiallarına əsasən, 2019-cu ilin sonuna Azərbaycanda pensiyaçıların ümumi sayı 1 mln. 286,7 min nəfər təşkil edəcək, bu da 2018-ci ilin sonuna olan göstəricidən 1,2% azdır. Bunun 746,3 min nəfəri yaşa görə, 401 min nəfəri - əlilliyə görə, 139,4 min nəfəri - ailə başçısının itirilməsinə görə pensiya alanlardır. **
Ə.Məmmədov