Bakı və Astana tranzit yollarının maksimum istifadə edilməsində maraqlıdır. Bunu Azərbaycanın baş naziri Novruz Məmmədov deyib.
“Azərbaycan və Qazaxıstan Çindən Avropayadək uzanan beynəlxalq nəqliyyat dəhlizində yerləşir. Bu səbəbdən, hər iki ölkə tranzit yollarının maksimum istifadə edilməsində maraqlıdır”, - baş nazir “Egemen Qazaqstan” qəzetinə müsahibəsində bildirib.
“Hazırda biz Çin-Avropa istiqamətində yük daşımalarında artım görürük. Əminəm ki, gələcək dövrdə ökələrimiz arasında qurulan regional əməkdaşlıq çərçivələri genişlənəcək”, - N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq hissələrini birləşdirən dəmir yolları və Kurık dəniz limanı iki ölkənin tranzit potensialının inkişafına xidmət edəcək.
O cümlədən, baş nazir vurğulayıb ki, ümumi köklər, ümumi mədəniyyət və mənəviyyat Qazaxıstan və Azərbaycan üçün çox vacibdir. **
R.Babayev