Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibini təsdiq edib. Bu barədə prezidentin saytında məlumat verilir.
Dövlət başçısının fərmanına əsasən prezident İ.Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədri vəzifəsinə təsdiq edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev isə sədrin müavinləri təyin olunublar.
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru vəzifəsinə AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə təsdiq edilib.
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinə cəmi 45 nəfər daxil olub.*
R.Babayev