Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasındaiqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikasıtərəfindən yeni tərkibini tərkibitəsdiq edib.
Sərəncamın mətni cümə axşamı dövlət baçısının saytında dərc olunub.
Azərbaycan tərəfindən Komissiyanın həmsədri əmək və əhalinin sosial müdafiəsi naziridir.
Həmçinin Komissiyaya xarici işlər nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, energetika nazirinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, təhsil nazirinin müavini, mədəniyyət nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini daxildir.
Birgə Komissiyanın iclası yalnız bir dəfə - 2014-cü ilin mart ayında Podqoritsada keçirilib. **
F.İsazadə