7-8 noyabr tarixində Aİ-nin Cəbuni Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı nümayəndəliyinin siyasi və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis məlumat verib.
“7-8 noyabr tarixində T.Klaar öz mandatı çərçivəsində Azərbaycana səfər edəcək. Həmin mandata regiona müntəzəm səfərlər daxildir”, - D.Daniilidis bildirib.
Onun sözlərinə görə, Aİ-nin üzrə xüsusi nümayəndəsi Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırır. **
F.İsazadə