MDB ölkələrinin hökumət başçılarının növbəti iclası 2019-cu ilin may ayında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
"Türkmənistanın təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2019-cu ilin may ayının sonunda, təxminən mayın 31-də Aşqabadda keçirilməsi qərara alınıb", - deyə o, bu gün Astanada MDB ölkələrinin hökumət başçılarının iclasında bildirib.*