SOCAR (ARDNŞ) Rumıniyada yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə “SOCAR Petroleum SA Romania” şirkətindən (SOCAR-ın Rumıniyadakı törəməsi - İF) məlumat verilir.
“YDM Rumıniyada ən böyük üçüncü şəhəri - Timişoarada istifadəyə verilib. Bu YDM nəzərə alınmaqla, Rumıniyada “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin ümumi sayı 40-a çatıb”, - məlumatda qeyd edilir.
Hazırda Rumıniyanın 18 regionunda “SOCAR” brendi ilə YDM fəaliyyət göstərir.
SOCAR Rumıniyada fəaliyyətə 2011-ci ildə başlayıb. SOCAR 2011-2017-ci illərdə Rumıniyada özünün yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması və genişlənməsinə $77,7 mln. vəsait yatırıb. **
N.Abbasova