Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.
"Mövcud ikitərəfli formatı dəyişmək üçün hər iki tərəfin razılığı lazımdır. Bildiyimiz qədər belə bir razılıq yoxdur”, - deyə o, Dağlıq Qarabağın danışıqlara cəlb olunması mümkünlüyü ilə bağlı suala cavab verərkən bildirib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ tərəfinin danışıqlara cəlb olunması məsələsini münaqişə tərəfləri həll etməlidir.
"Vaxtilə Qarabağ nümayəndələri Bakə və Yerevan arasında danışıqlarda iştirak edirdilər. Ermənistan rəhbərliyinin təklifi ilə bu praktika dəyişdirildi və artıq uzun illərdir danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır”, - deyə S.Lavrov bildirib.*