Moskva Ermənistan və Azərbaycan rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əlaqələrin aktivləşdirilməsinə dair razılığı alqışlayır, lakin Ermənistanda qızğın daxili siyasi proseslər başa çatmayana qədər bu məsələ ilə ciddi şəkildə məşğul olmaq mümkün deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz bu cür razılığı alqışlayırıq, lakin başa düşürük ki, Ermənistanda kifayət dərəcədə qızğın daxili siyasi proseslər başa çatmayanadək bu böhrandan konkret çıxış yollarını ciddi şəkildə müzakirə etmək və Dağlıq Qarabağ münaqişəsinin tam həllinin təminatı mümkün deyil”, - S.Lavrov cümə günü mətbuat konfransında bildirib. **