Dövlət Gömrük Komitəsi tərəfindən bir sıra sahibkarlar tərəfindən idxal etdikləri malların dəyərini olduğundan invoysda aşağı göstərməklə gömrük rüsumundan 8 yayınma faktı müəyyən edilib. Bu barədəDövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
“Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və 4 şirkət üzrə verilən sorğulara əsasən, ümumilikdə552,915min manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib. Bu da, öz növbəsində təxminən199,05min manat gömrük ödənişindən yayındırılma deməkdir”, - məlumatda deyilir.
Qeyd olunur ki, ən iri həcmdə fərq "Bermud A.Y.T" şirkətində müəyyən olunub. Belə ki, şirkət tərəfindən təqdim olunan invoysda qiymət 22,427 min ABŞ dolları, orijinal invoysda qiymət 125,355 min avro olub. Beləliklə, şirlət malın gömrük dəyərini 204 min manatdan çox azaldıb.
"Gold Climate" şirkəti orijinal invoysda qiymət 180 min ABŞ dolları olduğu halda gömrük orqanlarına təqdim olunan invoysda qiyməti 70 min ABŞ dolları qeyd edib. **
Ə.Məmmədov