Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki komissiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycan MSK-nın məlumatında deyilir.
“Memorandumu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev imzalayıblar”, - deyə məlumatda bildirilir.
Sənəd hər iki ölkənin MSK-ları arasında münasibətlərin intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıyır.
M.Pənahov Astanaya səfər çərçivəsində bir sıra ölkələrin seçki idarəetmə qurumlarının rəhbərləri və digər rəsmi şəxslərlə də görüşlər keçirib. Astanada keçirilən “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutan görüşlərdə M.Pənahov həmkarları ilə seçkilərlə bağlı müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.*
R.Babayev