Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Tərəflər görüşdə Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar”, - deyə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazir E.Məmmədyarov səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.*
F.İsazadə