Bakının Nərimanov rayonu ərazisində yerləşən kafedə baş vermiş yanğın nəticəsində 3 nəfər tüstüdən boğularaq ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
«Yanğın Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib”, - deyə məlumatda bildirilir.
Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Kərəm Əliyevin, 1982-ci il təvəllüdlü Bəhruz Əhmədovun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb.*
R.Babayev