Şamaxı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü ilə nəticələnib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilir.
“Şamaxı rayonunun Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobilinin “Jiquli” markalı minik avtomobili ilə toqquşması nəticəsində bir qadın və bir kişi həlak olub”, - deyə məlumatda bildirilir.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1946-cı il təvəllüdlü Gülbaba Zülfüqarovun və 1947-ci il təvəllüdlü Toma Zülfüqarovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.*
R.Babayev