Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının tikintisinə 3 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, nazirlik Bakıda 12 mərtəbəli 96 mənzilli üç blokdan ibarət binanın tikintisi məqsədilə “Avalon-12” MMC və “Royal Construction” MMC-nin daxil olduğu konsorsium ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri 2 mln. 906,85 min manatdır. **
B.Rüstəmbəyov