Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Bakıda obyektlərdə əsaslı təmir işlərinin başa çatdırılmasına dair iki müqavilə bağlayıb.
www.tender.gov.az saytının materiallarına əsasən, nazirlik Bakıda Protez-OrtopedikBərpa Mərkəzində əsaslı təmir işlərinin başa çatdırılmasına dair “Avalon-12” MMC və “Royal Construction” MMC-nin daxil olduğu konsorsium ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 2 mln. 987 min 623,9 manatdır.
Bundan əlavə, nazirlik Mərdəkan Müalicə Pansionatında təmir işlərinin başa çatdırılmasına dair “AZ AVS” və “Saral İnşaat” şirkətlərinin daxil olduğu “AZ AVS” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 2 mln. 606 min 358,24 manatdır. **
Ə.Məmmədov