2019-cu ildə Azərbaycanda rabitə sektorunda artım 6%-i ötəcək. Bunu iqtisadiyyat nazirinin müavini Şirzad Abdulayev deyib.
“2019-cu ildə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, mobil rabitə xidmətlərinin inkişafı və peyklərin istismarından gəlirlərin artımı hesabına rabitə sektorunun artımı 6,2% təşkil edəcək. 2002-2022-ci illərdə rabitə sahəsinin orta ilik artımı 7,1% təşkil edəcək”, - Ş.Abdullayev bu gün parlament komitələri tərəfindən 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2019-2022-ci illərdə Azərbaycanda xidmət sahəsinin orta illik artımı ümumilikdə 3,4% təşkil edəcək.
Nazir müavini həmçinin qeyd edib ki, 2019-cu ildə ASK sektorunda artım 4,6% səviyyəsində proqnozlaşdırılır. “Gələn 3 il ərzində orta illik artım 4,5% təşkil edəcək”, - Ş.Abdullayev vurğulayıb. **
Ə.Məmmədov