“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildə Abşeron yarımadasındayeni layihələrinin icrasına xüsusi diqqətyetirəcək. Bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
“Azərsu” ASC 2019-cu ildə Abşeron yarımadasındayeni su və kanalizasiya layihələrinin icrasına xüsusi diqqət yetirəcək”, - Q.Hüseynov Cəmiyyətin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
ASC-nin mətbuat xidmətinin məlumatına görə, Q.Hüseynov qeyd edib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 818 km içməli su, 257 km kanalizasiya xətləri çəkilib, 24 ədəd subartezian quyusu qazılıb.
“Oktyabrın əvvəlinə fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8%, Bakı şəhəri üzrə 81,5% təşkil edib”, - Q.Hüseynov vurğulayıb. **
F.İsazadə