AzərbaycanMərkəzi Bankı (AMB) dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödəniş xidmətini “Hökumət Ödəniş Portalı”na inteqrasiya edib. Bu barədə AMB-nin məlumatında deyilir.
“Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunub, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilib”, - deyə məlumatda bildirilir.
Noyabrın 2-dən başlayaraq BNA-nın cərimə etdiyi fizikivə hüquqi şəxslər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş30bankın və “Azərpoçt” MMC-nin2 mindən çox filial və şöbəsində,1 000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və İOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.*
N.Abbasova