Bakı ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirini öyrənir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
«ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsiri (Azərbaycan iqtisadiyyatına – İF) ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
L.Abdullayeva qeyd edib ki, İran Azərbaycana yaxın qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər Bakı üçün əhəmiyyət kəsb edir.*
F.İsazadə