2018-ci ilin III rübündə Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində 0,2% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İlkin mənzil bazarında qiymətlərdə 0,2% ucuzlaşma müşahidə olunduğu halda, təkrar mənzil bazarında qiymətlər 0,3% bahalaşıb”, - nazilrikdən qeyd ediblər.
Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2018-ci ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunur.
Məlumata əsasən, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur (1 kv. metr - $1,514 min, 2017-ci ilin III rübü ilə müqayisədə artım 5%).
Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi (1 kv. metr - $1,138 min), Nərimanov ($1,035 min), Yasamal ($982 min) və Xətai rayonları ($898) daxildir.
Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr - $495).
Bakının rayonları üzrə 1 kv. metr yaşayış mənzilinin qiymətlərinin müqayisəsi zamanı 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə qiymətlərdə ən çox artım Xəzər rayonu (5,9%), ən çox ucuzlaşma Qaradağ rayonunda (8,3%) müşahidə olunur.
2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım 1,3% təşkil edib təşkil edib. **
B.Rüstəmbəyov