Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
“Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Aqil İsmayılova məxsus əl yükündə aparılan yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105 qram təşkil edən brilyant qaşlar aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
F.İsazadə