Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçiriblər.
“Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib”, - Müdafiə Nazirliyindən məlumat verilir.
“Tədbirdə tərəflər dünyada baş verən lokal hərbi münaqişələr, terror təhlükəsi və informasiya sistemlərinə kiberhücumların sayının artması məsələlərini, eləcə də qlobal kibertəhlükəsizlik sahəsində vahid fəaliyyət sisteminin təşkilinin vacibliyini müzakirə ediblər”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov