2019-cu ildə Azərbaycanda orta aylıq pensiya məbləği 240 manatı ötəcək. Bunu əməkvə əhalinin sosial müdafiəsinaziri SahilBabayev deyib.
“2019-cu ildə büdcəyə (DSMF-nin - İF), o cümlədən dövlət büdcəsindən və sosial sığortahaqlarınınyığımının artırılması hesabına daxilolmalarda ciddi artım gözlənilir. Bu, pensiyaların 240 manatdan yüksək səviyyəyə çatmasına imkan yaradacaq”, - S.Babayev çərşənbə axşamı bir neçə parlament komitələri tərəfindən 2019-cu il dövlət büdcəsi layihəsinin birgə müzakirəsi zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
2018-ci ilin sonuna Azərbaycanda orta aylıq pensiya məbləği 226,8 manat təşkil edəcək.
Xəbər verildiyi kimi, gələn il əmək pensiyanın minimum məbləği 133,6 manat səviyyəsində proqnozlaşdırılır (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,9%).
2019-cu il dövlət büdcəsində əmək pensiyaçıları üçün yaşayış minimumu 149 manat məbləğində götürülüb (artım 3,5%).
Hökumətin proqnozlarına əsasən, 2019-cu ilin sonuna Azərbaycanda pensiyaçıların ümumi sayı 1 mln. 286,7 min nəfər təşkil edəcək, bu da 2018-ci ilin sonuna olan göstəricidən 1,2% azdır. Bunun 746,3 min nəfəri yaşa görə, 401 min nəfəri - əlilliyə görə, 139,4 min nəfəri - ailə başçısının itirilməsinə görə pensiya alanlardır. **
R.Babayev