Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Ines Qalinda Penyanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüşdə Azərbaycan və Kolumbiya arasında mövcud olan ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olundu”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Həmsöhbətlər münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğuladılar.
E.Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzuladı. **
F.İsazadə