Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə və rabitənin mövcud olduğunu təkzib edir.
“Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri arasında heç bir rabitə və ya digər növ əlaqə mövcud deyil”, - Azərbaycan Müdafiə Nazirliyində “İnterfaks-Azərbaycan” agentliyinə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın bəyanatını şərh edərkən bildiriblər.
“Düşənbədə əldə olunan razılığa əsasən, cəbhə xəttindəki vəziyyətlə əlaqədar Ermənistanla qarşılıqlı əlaqəni yaradan məsul şəxs müəyyən edilib. Lakin həmin şəxs Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı deyil”, - nazirlikdən qeyd ediblər. **
F.İsazadə