2019-cu ilin əvvəlində Bakıda iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının beşinci iclası keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Çexiyanın Bakıdakı səfiri Milan Ekert məlumat verib.
«Hökumətlərarası Komissiyanın növbəti iclasının gələn ilin əvvəlində Bakıda keçirilməsi planlaşdırılır. Müzakirələrin əsas mövzusu enerji sahəsində əməkdaşlıq və bu istiqamətdə mövcud planların reallaşdırılması ilə bağlı olacaq», - deyə o bildirib.
Bundan başqa, iclasda nəqliyyat və tikinti sahələrində əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Komissiyanın 4-cü iclası 2017-ci ilin yanvar ayında Bakıda keçirilib.*
F.İsazadə