Fövqəladə Hallar Nazirliyi leysan xarakterli yağışlar nəticəsində daşqından zərər görən Astara rayonunun Rudəkənar kəndindən 20-dən artıq sakini təxliyə edib. Bu barədə nazirlikdən məlumat verilir.
“6-7 noyabr tarixlərində gecə saatlarında cənub rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Astaraçay çayında suyun səviyyəsi artmış, Astara rayonunun Rudəkənar kəndində bəzi ərazilər daşqın və yağış suları ilə dolub”, - nazirliyin məlumatında qeyd olunur.
Nazirliyin xilasediciləri rayonun Rudəkanar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalan 21 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.
“Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır”, - FHN-dən qeyd edilir. **
R.Babayev