"Muğanbank" 10 mln. manat məbləğində səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalını 11,8% - 95 mln. manatadək artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Bankın noyabrın 6-da keçirilən növbədənkənar iclasında səhmdarlar nizamnamə kapitalının 10 mln. manat – 95 mln. manatdək artırılmasına dair qərar qəbul edilib", - deyə məlumatda bildirilir.
Hazırda "Muğanbank"ın nizamnamə kapitalı 85 mln. manat təşkil edir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
Ə.Məmmədov