Milli MəclisininBeynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsininsədri Səməd SeyidovAzərbaycanın beynəlxalq əlaqələrinin inkişafına büdcə xərclərini artırmağı təklif edir.
“2019-cu ilin dövlət büdcəsi layihəsində Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına 207 mln. manat nəzərdə tutulur. Lakin, bu istiqamətin ölkəmiz üçün hansı əhəmiyyət kəsb etdiyi nəzərə alaraq, hesab edirəm ki, bu istiqamətdə büdcə xərclərini 300 mln. manatadək artırmaq lazımdır”, - S.Seyidov çərşənbə günü parlamentin bir neçə komitələrinin 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunan birgə iclasında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
S.Seyidovun sözlərinə görə, 2019-cu ilin büdcə layihəsində beynəlxalq tədbirlərin keçirilməsinə 65 mln. manat ayrılıb.
S.Seyidov həmçinin layihədə diaspor fəaliyyətinin maliyyələşdiriıməsinə aid maddələrin əks olunması faktını müsbət dəyərləndirib. **
R.Babayev