Azərbaycan hökuməti 2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində dövlət büdcəsindən 310 layihəni maliyyələşdirməyi planlaşdırır. Bu barədə Hesablama Palatası məlumat verir.
"2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına 60 yeni və 250 keçid (maliyyələşdirilməsinə əvvəlki illərdə başlanılıb – İF) layihənin maliyyələşdirilməsi planlaşdırılır”, - deyə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirilir.
İnfrastruktur təyinatlı layihələr üzrə 62, sosial təyinatlı layihələr üzrə 41, müdafiə və hüquq-mühafizə orqanları ilə bağlı layihələr üzrə 5 və digər təyinatlı layihələr üzrə 6 obyekt olmaqla 114 obyektin təhvil veriləcəyi nəzərdə tutulur.
“Növbəti ildə proqram təyinatlı investisiya layihələrinə 6 mlrd. 825,3 mln. manat vəsaitin yönəldildilməsi proqnozlaşdırılıb. Gələn il dövlət büdcəsindən 3 mlrd. 733,1 mln. manat investisiya layihələrinə yönəldiləcək", - deyə Palata qeyd edir.*
Ə.Məmmədov