Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi hesabına ortamüddətli perspektivdə elektrik enerjisi istehsalı 1,6mlrd. kVt/saat təşkil edə bilər. Bunu Energetika Nazirliyinin Aparat rəhbəriZaur Məmmədovbəyan edib.
“Yaxın illərdə bərpa olunan enerji mənbələri hesabına 420MVt yeni enerji güclərinin istifadəyə verilməsi illik 390mln. kubmetr təbii qaza qənaət imkanı yaranacaq. Külək, günəş və bioenerji hesabına elektik enerjisi istehsalı illik 1,6mlrd. kVt/saat təşkil edəcək”, - Z.Məmmədov “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin reallaşdırılmasına həsr olunan seminarda bildirib.
“Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsiBakıda Böyükşor gölündəhər birinin 100kVt gücə malik olacaq fotovoltaik sistemin quraşdırılmasını nəzərdə tutur. Layihə Asiya İnkişaf Bankıilə birlikdə reallaşdırılır. **
B.Rüstəmbəyov