Bu gün Dövlət Sərhəd Xidməti (DSX) və Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) arasında Niyyət Sazişi imzalanıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
“Sənəddə AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Sənədi Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev imzalayıblar. Onlar dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.*
R.Babayev