Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Abşeron rayonunda yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar48 sahibkarlıq subyekti barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə məlumatında deyilir.
“ETSN tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonunda, eləcə də Bakının Qaradağ, Səbail və Xəzər rayonlarının ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, - deyə məlumatda bildirilir.
İstintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakının Qaradağ rayonundakı “Güzdək”, “Gülbaxt”, “Qaradağ-II”, “Şahqaya” və “Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I” və “Türkan-II”, Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4,845 mln. manat məbləğində ziyan vurublar.*
R.Babayev